İyul 11, 2021 15:49 Asia/Baku
  • Türkmənistan Əfqanıstan sərhədinə ağır texnika göndərib

Türkmənistan Əfqanıstan sərhədinə ağır texnika köçürməyə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkmənistanın tank, top və zirehli transportoyorlara şamil olan hərbi sursatlar karvanı bu gün keçmiş Kuşk, hazırkı Sərhədabad şəhərinə daxil olaraq, Əfqanıstan sərhədinin dörd kilometrliyində yerləşib.

Bu addım, Türkmənistana yaxın sərhəd bölgələrinin taliblər tərəfindən ələ keçirilməsindən sonra atılıbdır.

Əfqanıstan informasiya agentlikləri də təsdiq edirlər ki, Taliban üzvləri Əfqanıstanın qərbindəki Hərat vilayətində yerləşən iki şəhəri ələ keçiriblər. Bu şəhərlər İranla sərhəddə yerləşən «İslam Qala» və Türkmənistanla sərhəddə yerləşən Torqundi şəhərləridir.

Torqundi şəhərinin rayonlarının ələ keçirilməsində tərəflər minomyot və qumbaraatanlardan istifadə ediblər ki, bəzi mərmilər Türkmənistan ərazisinə düşübdür.

Teqlər