İtaliyada Delta ştammı sürətlə yayılır
İtaliyada Delta ştammına yoluxanların sayı durmadan artır
SəhərAzəri-nin məlumatına əsasən, İtaliyada delta ştammının yayılması sürətlənib. Son bir ayda İtaliyada koronavirus məhdudiyyətlərinin yumşaldılması fonunda bu infeksiyaya yoluxanların sayı əhəmiyyətli dərəcədə artıb.
İtaliyanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İtaliyanın 20 əyalətindən 16-da mutasiyalı delta virusu aşkar edilib ki, 8 əyalətdə ümumi yoluxanların 50 faizdən çoxunu əhatə edir.
İtaliyada Yoluxucu Xəstəliklərin qarşısının alınması üzrə direktor Ciovanni Retsa bu haqda deyib: "İtaliyada Delta ştammı və ya həmin Hindistan virusu əhəmiyyətli dərəcədə artıbdır və tezliklə dominant ştamma çevriləcək. Bu virusu nəzarətə almağın yeganə yolu səhiyyə protokollarına dəqiq şəkildə riayət etmək və peyvən olunmaqdır".
Eyni zamanda səhiyyə ekspertləri İtaliyanın 4 əyalətinin sarı zona vəziyyətinə qayıtmaq ərəfəsində olduğunu bildirərək, son həftələrdə Avro-2020 yarışlarına tamaşa etmək üçün insanların kütləvi surətdə toplanmasını koronavirusa yoluxanların sayının artmasında əsas amil kimi dəyərləndiriblər.
Mütəxəssislər, həmçinin insanların bazar ertəsi günü Romanın mərkəzi küçələrində, bu ölkənin milli futbol komandası karvanını qarşılamaq üçün sosial məsafəni qorumadan sıx və izdihamlı toplanmasını da kəskin şəkildə tənqid ediblər.a