Avropada sel nəticəsində həyatını itirənlərin sayı 153 nəfərə çatıbdır
Avropanın qərb və şimal-qərbində leysan yağışlar çayların daşmasına və dağıdıcı sellərə səbəb olub ki, nəticədə indiyə kimi 153 nəfər həyatını itirib.
SəhərAzəri-nin məlumatına əsasən, Avropanın qərb və şimal-qərbində minlərlə insan evlərini tərk edib və bir çox ev də dağılıbdır.
Təkcə Almaniyada indiyə qədər daşqınlar nəticəsində ən azı 133 nəfər həyatını itirib.
Belçika da dağıdıcı sellər nəticəsində çoxlu ziyan görüb belə ki, daşqınlar zamanı bir çox ev dağılıb və yox olub.
Belçikanın Daxili İşlər Nazirliyi cümə günü 20 Belçika vətəndaşının həlak olması, 20 nəfərin isə itkin düşməsini təsdiqləyib.
Lüksemburq, İsveçrə və Hollandiyada da daşqınlar bir çox xəsarətlərə səbəb olub. Hollandiyanın Maastrixt şəhərindən minlərlə insanın evakuasiya edildiyi bildirilir.
Həmçinin, Britaniyanın paytaxtı Londonda da baş verən daşqınlar evlərin boşaldılmasına və kommunikasiya xətlərinin bağlanmasına səbəb olubdur.