İyul 23, 2021 13:08 Asia/Baku
  • Emmanuel Makron
    Emmanuel Makron

Deyilənlərə görə, ehtimal üzrə sionist casusluq proqramının hədəflərindən biri olan Fransa prezidenti öz mobili və telefon nömrəsini dəyişib.

SəhərAzəri-nin məlumatına əsasən, Emmanuel Makron “Peqasus” adlı sionist casusluq proqramının hədəfi olmaqdan nigaran olub. Buna səbəb, mediaların onun da “NSO qrupu” şirkətinin düzəltdiyi bu casusluq proqramının əlli min hədəfindən biri ola bilməsi barədəki məlumatı olub.

Məlumatlara görə, Makrondan əlavə, İraq prezidenti, Pakistanın baş naziri, Misirin baş naziri, Avropa Şurasının sədri və dünyanın bir çox digər siyasi simaları bu casusluq proqramının hücumuna məruz qalıblar.

Məşhur amerikan ifşaçı Edvard Snouden çərşənbə günü dedi ki, ABŞ prezidenti Co Baydenin mobil telefonunun da bu casusluq proqramının sızmasına məruz qalması mümkünsüz deyil.

Almaniya kansleri Angela Merkel müxbirlərin “Peqasus” proqramı barədəki sualının cavabında deyib ki, “Peqasus” hakk proqramının qeyri-düzgün insanların əllərinə düşməməsi önəmlidir.

Qərb medialarının “Peqasus” sionist casusluq proqramı və bu proqramın casusluq fəaliyyətləri həyata keçirmək üçün Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi bəzi müstəbid ölkələrə satılması barədəki ifşaçılıqlarının ardınca uzun müddət NSO barədə ifşaçılıq etmiş Qardian qəzeti yeni ifşaçılıqda bildiribdir ki, sionist rejim hökuməti bu casusluq proqramını səudiyyə hökumətinə satmaq üçün lisenziya veribdir.

 

Teqlər