İyul 27, 2021 12:00 Asia/Baku
  • Bayden-Əlkazimi
    Bayden-Əlkazimi

Amerika və İraq başçıları Ağ Ev-də apardıqları danışıqlardan sonra birgə bəyanatda bildiriblər ki, 2021-ci il dekabrın 31-də daha İraqda döyüş rolu olan heç bir amerikalı qüvvə olmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden və İraqın baş naziri Mustafa Əlkazimi bu gün səhər saatlarında və Ağ Ev-dəki görüşlərinin sonunda birgə bəyanat yayıblar.

Bəyanatda deyilir: Vaşinqton və Bağdad razılığa gəliblər ki, cari 2021-ci ilin sonunadək Amerikanın hərbi qüvvələrinin İraqda iştirakı başa çatsın. Amerika İraqın suverenliyi və qanunlarına hörmət edəcək.

Amerika və İraq başçıları bildiriblər ki, İraq hökuməti bu ölkədə təlim və məşvərətlə məşğul olan beynəlxalq koalisiya qüvvələrini qorumaq üzrə öhdəliyinə təkid edib.

Bəyanatın verdiyi izahata görə, iki tərəfin heyətləri qərara alıblar ki, təhlükəsizlik əlaqələri tam şəkildə kəşfiyyat, himayə, hərbi məsləhət və təlim roluna çevriləcək və 2021-ci il dekabrın 31-də daha İraqda döyüş rolu olan heç bir amerikalı qüvvə olmayacaq.

 

Teqlər