İyul 27, 2021 20:50 Asia/Baku
  • BAT
    BAT

Beynəlxalq Amnistiya Təşkilatı Tunis prezidentindən istəyibdir ki, açıq şəkildə insan haqlarına hörmət edərək, ona dəstək versin.

SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda Qeys Səiddən istəyibdir ki, parlamentin fəaliyyətini dayandırdıqdan və məhkəmə hakimiyyətinin bəzi ixtiyarlarını ələ aldıqdan sonra söz azadlığı və dinc toplantılar keçirmək haqlarına hörmət etsin və onlara dəstək versin.

Bazar günü Tunisdə təhlükəsizlik qüvvələrinin bir telekanalın ofisinə basqın etmələri və prezidentin ölkənin təhlükəsizliyini təhdid altında qoyan kəslərə qarşı gücə istinad edəcəyinə dair təhdidedici çıxışının ardınca insan haqlarının təhlükəyə düşməsi haqdakı qorxu və nigarançılıqlar artıbdır- deyə Beynəlxalq Amnistiya Təşkilatı vurğulayıb.

Qeys Səid bir hökmdə bir ay müddətinə gecə komendant saatı tətbiq edibdir ki, ona əsasən, saat 21-dən səhər saat altıyadək bir ay müddətinə Tunisdə komendant saatı bərqərar olacaq.

Tunis prezidenti həmçinin meydanlarda və ümumi yollarda üç nəfərdən çox hər hansı icmanı qadağan edib.

Digər tərəfdən, BMT baş katibinin sözçüsü Fərhan Həqq bazar ertəsi günü gecə son Tunis olaylarına reaksiyada deyib ki, ixtilaflar dialoq yolu ilə həll edilməlidir.

 

Teqlər