İyul 28, 2021 18:44 Asia/Baku
  • ABŞ-da koronavirusa yoluxanların sayı artır

ABŞ-da delta adı ilə tanınan koronavirusun yenı ştammının yayılması ilə koronavirusa yoluxma halları durmadan artır.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi COVİD-19 virusuna yoluxma halları ilə bağlı yeni bir statistika təqdim edərək, yeni yoluxma hallarında təxminən 65 faiz artımın qeydə alındığını bildirib.

Bu elə bir haldadır ki, son həftələrdə bu ölkədə yoluxma sayı azalırdı.

Digər tərəfdən, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bu ölkədə delta virusuna yoluxanların artdığını və vəziyyətin nəzarətdən çıxması ehtimalını nəzərə alaraq, bildirib ki, hətta peyvənd olunan insanlarda yüksək riskli bölgələrdə maska taxmalıdırlar və bütün ölkədə maskadan istifadə məcburi olacaq.

Kaliforniya ştatında koronavirusla əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından bəri koronavirusa yoluxma halları və xəstəxanalara yerləşdirilənlərin sayı kritik elan olunub.

ABŞ, kütləvi vaksinasiyaya baxmayaraq, 35 milyondan çox yoluxma halları, 627 mindən çox isə ölüm sayı ilə hələ də dünyada koronavirusun episentri hesab edilir.

Teqlər