Avq 01, 2021 22:43 Asia/Baku
  • On minlərlə nəfər ölə bilər

Həkimlər qışda korona nəticəsində İngiltərədə daha minlərlə nəfərin öləcəyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə hökuməti tərəfindən koronavirus barədə yayılan ən yeni statistikalara görə, şənbə gününədək bu ölkədə COVID-19-a yoluxanların sayı beş milyon 800 min, bu xəstəlik nəticəsində ölənlərin sayı isə 129 min 654 nəfərə çatıbdır.

İngiltərədəki tibb mütəxəssisləri bununla bağlı bildiriblər ki, ehtimal üzrə bu ölkə qışda korona nəticəsində minlərlə ölümün şahidi olacaq, çünki bu xəstəlik böyük ehtimala qarşı qrip kimi digər mövsüm viruslarına qoşulacaq.

Bristol universitetinin müəllimi Adam Fin bununla əlaqədar qeyd edibdir ki, koronavirusun, gözlənildiyindən daha sayıqcasına hərəkət etdiyinə görə, ingilislər uzun müddət COVID-19-la bağlı problemlərin şahidi olacaqlar.

«Buna görə, mənim proqnozum belədir ki, COVID-19 bir müddət davamlı bir problem olacaq və onun illik ölüm halı minlərlə, bəlkə də on minlərlə nəfərə çatacaqdır.»-deyə, Fin bildirib.

Teqlər