Avq 10, 2021 21:33 Asia/Baku
  • Sibir alovunun tüstüsü şimal qütbünə çatıb

Peyk təsvirləri göstərir ki, Sibir yanğınlarının tüstüsü ilk dəfə olaraq şimal qütbünə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, quraqlıq Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiya rayonundakı meşələrin yanğına düçar olmasına, həmçinin bir tərəfdən, yüzlərlə yanğının tüstüsünün təqribən üç min kilometrlik məsafəni qət edərək, şimal qütbünə çatmasına, digər tərəfdən isə iki min kilometr uzaqlarda Monqolustanın səmasına daxil olmasına bais olub.

Sibir yanğınlarının Rusiyanın Sarov şəhərində yerləşən son dərəcə sirli nüvə tədqiqat institutunu və yüzlərlə evi təhdid etməsi qorxusu var. Sarov Tədqiqat İnstitutu Rusiya nüvə tədqiqatları üçün əsas baza olaraq, ən yeni strateji raketlərin və səsdən sürətli arsenal da daxil olmaqla yeni cəbbəxananın dizaynı üçün nəzərədə tutulub.

Teqlər