Alimlər: Koronavirusu yox etmək poliomielitdən daha asandır; Səhiyyə tədbirlərini ciddiyə alın
Alimlər koronavirusun kökünü kəsməyin mümkün olduğunu və poliomielitdən daha rahat olduğunu iddia ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, alimlər koronavirusun kökünü kəsməyin poliomielitdən daha asan ölduğunu söyləyirlər, çünki insanlar epidemiyanın sona çatmasını səbirsizliklə gözləyirlər.
Yeni Zelandiyanın Otaqo Universitetinin tədqiqatçılarına görə, vaksinlər, üz maskaları və sosial məsafəni qorumaq kimi səhiyyə tədbirləri və qlobal motivasiya; hansı ki öz növündə bənzərsizdir bunu mümkün edə bilər.
Eyni zamanda araşdırmaçılar xatırladırlar ki, koronavirusu məhv etmək çiçək xəstəliyindən xilas olmaqdan daha çətindir. Peyvənd şübhələri, virusu daha yoluxucu və ya peyvəndə qarşı müqavimətli edə biləcək mutasiyalar kimi faktorlar epidemiyaya son qoymağı çətinləşdirən maneələrdəndirlər.
Məlumatlar göstərir ki, hazırda dünya əhalisinin 30 faizi artıq peyvəndin bir dozasını alıb və 15.5 faizi tam vaksinasiya edilib. Amma ümumilikdə inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə peyvəndləmənin vəziyyəti ideal deyil.
Bununla belə digər görkəmli mütəxəssislər COVİD-19 xəstəliyinin sonda qrip kimi bir xəstəliyə çevriləcəyinə israr edirlər.
Alimlər və tədqiqatçılar sərhədlərə nəzarət, sosial məsafəni qorumaq, əlləri yumaq, ventilyasiya, üz maskaları və təmas izləmə kimi ümumi səhiyyə tədbirlərinin virusun yayılmasının qarşısını ala biləcəyini və pandemiyanın sona çatmasına kömək edə biləcəyini vurğulayırlar.