Sibir meşələrindən təqribən 17 milyon hektar yanıb
https://azeri.sahartv.ir/news/dünya-i380200-sibir_meşələrindən_təqribən_17_milyon_hektar_yanıb
Rusiya rəsmiləri bildiriblər ki, bu ölkənin Sibir bölgəsindəki yanğınlar nəticəsində indiyədək on altı milyon beş yüz min hektardan çox meşə ərazisi məhv olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2021 15:50 Asia/Baku
  • yanğın
    yanğın

Rusiya rəsmiləri bildiriblər ki, bu ölkənin Sibir bölgəsindəki yanğınlar nəticəsində indiyədək on altı milyon beş yüz min hektardan çox meşə ərazisi məhv olub.

 SəhərAzəri-nin məlumatına əsasən, Hələ də davam edən bu yanğınlar nəticəsində meşələr dağılıb və yaşayış massivlərindəki onlarla ev külə çevrilibdir.

İstilik dalğası ilə şiddətlənmiş bu bölgədəki yanğınlar dünyanın ən soyuq bölgələrindən olan Yakutiyanı dağıdıbdır.

Alovu söndürmək üçün beş min nəfərdən çox insan səfərbər edilib.