Qruplaşma sərt üzünü göstərməyə başladı
https://azeri.sahartv.ir/news/dünya-i380284-qruplaşma_sərt_üzünü_göstərməyə_başladı
Taliban hərəkatı Əfqanıstan paytaxtında komendant saatının tətbiq olunduğunu elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2021 07:07 Asia/Baku
  • Qruplaşma sərt üzünü göstərməyə başladı

Taliban hərəkatı Əfqanıstan paytaxtında komendant saatının tətbiq olunduğunu elan edib.

SəhərAzəri-nin yerli mənbələrə istinadla verdiyi məlumatına əsasən, ölkənin ən çox yaşayış olan və aktiv şəhərinin sakinlərinin həyatı kəskin şəkildə dəyişib.

Talibanın qərarına görə, Kabildə komendant saatı qüvvəyə minib, fövqəladə hallar istisna olmaqla, heç kimin axşam saat 21:00-dan sonra səhərə qədər evdən çıxmasına icazə verilmir. Bu qərar Kabilin bütün məscidlərində elan edilib. Bildirilib ki, sərəncam sonrakı əmrə qədər qüvvədə qalacaq.

Əfqanıstanda hələ ki, qanuni fəaliyyət göstərən hökumət və dövlət başçısı yoxdur.