Navalnı: "Qərb Putinin yaxın ətrafına sanksiya tətbiq etməlidir"
Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnı zəhərlənməsinin birinci ildönümündə Qərb ölkələrini korrupsiya ilə mübarizəyə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, 45 yaşlı Navalnı həbsxanadan yazdığı mətləbdə deyib: "Korrupsiya yalnız Rusiya, Eritreya, Myanmar və Venesuela kimi ölkələr üçün daxili problem deyil, bəlkə demək olar ki, Qərbin həmişə üzləşdiyi qlobal problemlərin əsas səbəblərindən biridir".
O, əksər liderlərin korrupsiyanı "ikinci dərəcəli gündəm" olaraq gördüklərindən və eyni zamanda onu uğursuzluqların amili kimi hesab etdiklərindən təəssüf ifadə edib.
Navalnı, Qərbi korrupsiya ilə mübarizə üçün beş "real və asan addım" atmağa çağırıb. O cümlədən "korrupsiyanı təşviq edən ölkələr"dən xüsusui bir qrupun yaradılmasına və onlara qarşı geniş cəzaların tətbiq edilməsinə işarə edib.
O, həmçinin qərb ölkələrini Putinin yaxın ətrafına o cümlədən oliqarxlara sanksiya tətbiq etməyə çağırıb.
O, yazıb: "Acınacaqlı reallıq budur ki, hətta Qərbin hüquq-mühafizə orqanları korrupsiyalaşmış xarici rəsmilərə yumşaq rəftar edirlər".