Avq 25, 2021 15:05 Asia/Baku
  • KTMT ölkələrinin liderləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Tacikistanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin prezidentlərinin zirvə görüşü onlayn formatda keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının zirvə görüşü Tacikistan prezidenti İmoməli Rəhmanın sədrliyi və Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan prezidentləri, Ermənistanın baş naziri və Təşkilatın baş katibi, habelə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin qonaq qismində iştirakı ilə keçirilib. 

Sammit iştirakçıları Əfqanıstandakı vəziyyət və KTMT-yə üzv ölkələrin təhlükəsizliyinə təsiri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar və Əfqanıstanda vəziyyətin sürətlə pisləşməsindən narahatlıq ifadə edərək, bu ölkədə bütün sosial, siyasi, etnik və dini qrupların maraqları nəzərə alınmaqla, hərtərəfli sülh danışıqları yolu ilə dövlət hakimiyyətinin bərpasının vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin qeyd edilib ki, Əfqanıstanda siyasi rejim bütün Əfqanıstan xalqının iradə azadlığına və cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi maraqlarının diqqətlə nəzərə alınmasına, təminatına və müdafiəsinə əsaslanmalıdır.

Teqlər