Avq 26, 2021 15:20 Asia/Baku
  • ABŞ kəşfiyyatı koronanın mənşəyini tapa bilməyib

Amerika kəşfiyyatının son məlumatı onun koronavirusun mənşəyi barədəki təhqiqatlarının nəticəsiz qalmasından söz açır.

SəhərAzəri-nin verdiyi məlumata görə, son zamanlar Amerika prezidenti Co Baydenin əlinə çatan məlumat göstərir ki, Amerika kəşfiyyatının təhqiqat qrupu koronanın mənşəyini tapmaq üzrə apardığı araşdırmalarda bir nəticəyə çatmayıb.

Baydenin təhqiqat komandası Çində apardığı təftişdə bir nəticəyə çatmayıbdır ki, görən, bu virus heyvan və ya insan mənşəyindən ötürülüb, yoxsa laboratoriyadakı təsadüfi bir sızma onun yayılmasına bais olub?

Digər tərəfdən, Çin xarici işlər nazirliyinin sözçüsü Tsao Li Tsyan bir mətbuat konfransında belə deyib: Əgər Amerika koronanın mənşəyinin təhqiqatında öz sədaqətini sübut etmək istəyirsə, öncə özündən başlamalı və öz ölkəsinin korona barədəki ilkin məlumatlarını yaymalıdır.

Teqlər