Sen 05, 2021 22:05 Asia/Baku
  •  Hökumət isə icbari vaksinasiyada israrlıdır

Fransa vətəndaşları bu ölkə hökuməti tərəfindən tətbiq olunan korona qaydalarına etiraz etmək üçün səkkizinci həftə dalbadal küçələrə çıxıblar.

SəhərAzəri-nin verdiyi məlumata görə, Fransa daxili işlər nazirliyi bildirib ki, bu ölkə xalqının 140 min nəfərindən çoxu hökumətin ictimai məkanların bir çoxuna keçmək üçün şəxslər tərəfindən sağlamlıq arayışının təqdim edilməsi qanununa, həmçinin müalicə kadrının icbari vaksinasiyası üzrə layihəsinə etiraz edib.

Fransa bir müddətdir ki, peyvənd olunmamış şəxslərin vaksinasiya üçün təzyiq altında qoyulması üçün/ kafelər, kino-teatrlar, muzeylər və restoranlara giriş, həmçinin təyyarə ilə və uzaq məsafəyə qatarlarla səfərlər üçün sağlamlıq arayışının təqdim edilməsi qanununu gündəmə gətirib.

67 milyonluq sakini olan Fransada indiyə kimi vətəndaşların təqribən üçdə iki hissəsi tamamilə vaksinasiya olunub, yetmiş iki tam onda üç faiz də vaksinin birinci dozasını vurdurubdur.

Teqlər