Əfqanıstanın durumunda kim müqəssirdir?
ABŞ və NATO özlərini təqsirsiz bilirlər
Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, hər kəsi Əfqanıstan durumunda müqəssir bilən Amerika və NATO özlərinin onda rola malik olmadıqlarını bildirirlər.
SəhərAzəri-nin verdiyi məlumata görə, Mariya Zaxarova bir müsahibədə bildirib ki, Qərb ölkələri bir neçə ay bundan öncədən Taliban hərəkatı ilə təmasların qurulması haqda Rusiyaya ittiham vurmaq üçün öz fəaliyyətlərinə başlamışdılar.
«Təqribən iki ay bundan öncə, əslində Qərb ölkələri tərəfindən belə bir nəzəriyyə yayılmağa başladı ki, hansı kəsin Əfqanıstanın vəziyyətində müqəssir olması mühüm deyil, lakin Rusiya Taliban-la əlaqələrin yaradılmasına dəstək verməkdə düzgün hərəkət etmir» - deyə, Rusiya xarici işlər nazirliyinin sözçüsü bildirib.
«Əfqanıstanın vəziyyətində kimin müqəssir olmasını dərk etmək lazımdır. ABŞ-ın hazırkı prezidenti Co Bayden deyir ki, öncəki prezident Donald Tramp müqəssirdir. Tramp da bu qənaətdədir ki, Bayden hökumətinin hərəkətləri yanlış və bu vəziyyətə bais olubdur. NATO-nun baş katibi isə Əfqanıstan xalqını və bu ölkənin qabaqkı prezidenti Əşrəf Qənini ittiham edir. Qərbin nöqteyi-nəzərincə, Əfqanıstanda yaranmış vəziyyətdə Amerika və NATO-dan başqa, hər kəs müqəssir ola bilər,- Zaxarova vurğulayıb.