Əfqanıstanlı lider "Taliban"nı tənqid etdi
https://azeri.sahartv.ir/news/dünya-i380905-Əfqanıstanlı_lider_taliban_nı_tənqid_etdi
Əfqanıstanda xəzərilərin liderlərindən olan Məhəmməd Mühəqqiq "Taliban" ilə bağlı açıqlama verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2021 05:15 Asia/Baku
  • Əfqanıstanlı lider

Əfqanıstanda xəzərilərin liderlərindən olan Məhəmməd Mühəqqiq "Taliban" ilə bağlı açıqlama verib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Məhəmməd Mühəqqiq verdiyi açıqlamada vurğulayıb ki, məcburi şəkildə hər kəsi özünə tabe etdirmək siyasəti yanlışdır.  

"Özünə məcburi tabe etdirmək cəhdləri "Taliban"nın qanuni olaraq tanınması demək deyil. Yeni qurulan hökumət həm də ictimaiyyət ilə razılaşdırılmalı idi", - deyə Məhəmməd Mühəqqiq diqqətə çatdırıb.  

O qeyd edib ki, "Taliban"nın bütün tərəfləri əhatə edəcək hökumət qurmaq vədlərinə əməl edilmədi.