Sen 10, 2021 15:27 Asia/Baku
  • Nyu-Yorkda silahlı cinayətlər
    Nyu-Yorkda silahlı cinayətlər

Nyu-York şəhərində silahlı cinayətlər korona pandemiyasından öncəki dövrlə müqayisədə təqribən ikiqat artıbdır.

SəhərAzəri-nin verdiyi məlumata görə, Yerli rəsmilərin bildirdiklərinə görə, avqust ayında Nyu-Yorkda təqribən 167 halda atışma baş verib. Bu rəqəm bu şəhərdə silahlı cinayətlərin korona pandemiyasından öncəki dövrlə müqayisədə təqribən ikiqat artdığını göstərir.

Belə bir halda, ABŞ mediaları cümə axşamı günü İllinois ştatında yerləşən «East St. Louis» bölgəsində atışma nəticəsində bir neçə nəfərin yaralanmasından xəbər verib və bildiriblər ki, atışmada şübhəli bilinən üç şəxs dəmiryolu xəttinin üzərindən keçməyə çalışıb. Nəticədə qatar onların avtomobili ilə toqquşubdur.

Həmçinin bir atışma nəticəsində Ohayo ştatında yerləşən «Rayt Peterson» hava bazasında gediş-gəliş qadağan edilib və bu baza karantin vəziyyətinə gətirilib.

 

Teqlər