Şimali Koreya yeni raketini sınaqdan keçirdi
https://azeri.sahartv.ir/news/dünya-i381035-Şimali_koreya_yeni_raketini_sınaqdan_keçirdi
Şimali Koreya yeni uzaqmənzilli raketini sınaqdan keçirdi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2021 06:38 Asia/Baku
  • Şimali Koreya yeni raketini sınaqdan keçirdi

Şimali Koreya yeni uzaqmənzilli raketini sınaqdan keçirdi

SəhərAzəri-nin məlumatına əsasən, 1500 kilometrlik uçuş məsafəsinə malik olan raket Şimali Koreya ordusu tərəfindən uğurla sınaqdan keçirilib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi Pxenyanın son təlimindən bir neçə gün sonra bu uzaqmənzilli raketin sınağını ölkənin çəkindiricilik gücünün göstəricisi kimi dəyərləndirib.

ABŞ prezidenti Co Bayden bundan əvvəl Şimali Koreyanın keçmiş raket sınaqlarına reaksiyada, Pxenyanın raket sınağı keçirməsinin, onun siyasətinin o qədər də dəyişmədiyini göstərdiyini demişdi. 

Bu elə bir haldadır ki, ABŞ və Şimali Koreya arasında, ABŞ sanksiyalarının ləğvi qarşılığında Pxenyanın nüvə və raket proqramının dayandırılmasına dair aparılan danışıqlar iki ildir ki, dayandırılıb.