Çin və Rusiyanın iştirakı ilə böyük anti-terrorizm təlimləri keçirilir
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr Rusiyanın ev sahibliyi ilə böyük anti-terrorizm təlimlərinə başlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, bu təlimlər "Sülh Missiyası-2021" adı altında sentyabrın 25-dək keçiriləcək.
Çin qüvvələrinin komandiri Jao Kanqpinq bu barədə deyib: "Bu hərbi təlim Çin hərbçilərinin Şanxay Əməkdaşlıq Təşkilatındakı tərəfdaşları ilə dosluq münasibətlərini və hərbi mübadiləni gücləndirməsinə kömək edəcək, çünki onlar bir-birlərindən öyrənəcəklər və müxtəlif döyüş ssenariləri üzrə hazırlıq səviyyələrini yüksəldə biləcəklər".
Cümə günü 558 Çin əsgəri 130 maşın və hərbi texnika ilə birlikdə dəmir yolu və hava yolu ilə təlimlərdə iştirak etmək üçün Rusiyaya daxil olub.
Bu təlimlər, ABŞ və müttəfiqlərinin Əfqanıstandan planlaşdırılmamış və rüsvayçı şəkildə çıxmasından sonra və 11 sentyabr hadisələrinin ildönümünə təsadüf edir.
Bu böyük təlimdə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Hindistan, Pakistan və Özbəkistandan təxminən 4000 əsgər iştirak edir.