Sen 15, 2021 15:02 Asia/Baku
  • Əfqanıstandakı vəziyyət KTMT-ni narahat edir

KTMT-nın Baş katibi Stanislav Zas bildirib ki, Əfqanıstandakı vəziyyət təşkilatı ciddi narahat edir.

SəhərAzəri-nin məlumatına əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınnın (KTMT) baş katibi Zas bildirib ki, bu təşkilata üzv dövlətlər Əfqanıstanla sərhəddə vəziyyətin gərginləşəcəyi təqdirdə Tacikistana yardım göstərməyə dair fikirdə yekdildirlər.

O deyib ki, Əfqanıstandakı vəziyyət KTMT-ni narahat edir.

KTMT-nin baş katibi qeyd edib ki, bu quruma üzv olan bütün dövlətlər yekdilliklə ümumi mövqelərini bir daha təsdiqləyirlər. KTMT-nin cənub sərhədlərində vəziyyətin gərginləşəcəyi təqdirdə Tacikistana bütün lazımi hərbi və diplomatik yardımlar göstəriləcək.Qeyd edək ki,  15 may 1992-ci il tarixində əsası qoyulmuş bu hərbi ittifaqa hazırda Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan üzvdür. 

Xatırladaq ki, iyulun 1-də Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olan ölkələrin Parlament assambleyası Şurasının iclası olub və qərara alınıb ki, blokda tərəfdaş ölkələr institutu təsis edilsin.

Təklifin müəllifi Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib ki, KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlər maraq göstərirlər. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.

Teqlər