Sen 16, 2021 11:36 Asia/Baku
  • Düşənbədə KTMT-nin sammiti başlayıb

Tacikistanın paytaxtı Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı KTMT-nin Dövlət Başçıları Şurasının iclası başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı KTMT-nin sammitinə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus prezidentləri və Ermənistanın baş naziri şəxsən, Rusiya prezidenti isə videokonfrans vasitəsilə qatılıb.

KTMT-nin sözçüsü Vladimir Zeynəddinovun dediyinə görə, Tacikistanın prezidenti İmaməli Rəhmanın sədrliyi ilə keçirilən görüşdə, Əfqanıstandakı vəziyyət və onun təşkilata üzv ölkələrə təsiri əsas mövzulardan olacaq. Görüşdə təşkilatın son bir ildəki fəaliyyətinə yekun vurulması və bir neçə əməkdaşlıq sənədinin qəbul edilməsi, həmçinin Əfqanıstandakı vəziyyətlə bağlı liderlərin birgə bəyanatının qəbul edilməsi gözlənilir.

KTMT-yə dövri sədrliyin Ermənistana keçməsini nəzərə alaraq, bu ölkənin baş naziri Nikol Paşinyan "İrəvan"ın yeni bir illik dövr üçün prioritetlərini açıqlayacaq.

Qeyd edək ki, ötən gün Düşənbədə KTMT-nin xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri Şurasının birgə iclası keçirildi ki, onda 20-dən çox sənəd və regional və beynəlxalq mövzularla bağlı 5 birgə bəyanat imzalandı.

Teqlər