Sen 19, 2021 10:48 Asia/Baku
  • Trampın tərəfdarları
    Trampın tərəfdarları

ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları altı yanvar hadisəsində həbs olunanlara dəstək istiqamətində bu ölkə konqresinin binası önünə toplaşıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Trampın tərəfdarları bu aksiyada altı yanvar hadisəsində həbs olunanlar üçün üzdəniraq ədalətin icra edilməsini istəyiblər.

Bəzi medialar Trampın tərəfdarlarının konqres binasının qarşısında təhlükəsizlik qüvvələrilə qarşıdurmasından xəbər veriblər.

Son günlər Tramp öz tərəfdarlarından istəmişdi ki, ona və altı yanvar hadisəsində həbs olunanlara dəstək istiqamətində küçələrə çıxsınlar.

Vaşinqtonda təhlükəsizlik qüvvələri bir neçə gün bundan öncədən ehtimal olunan qiyamlarla mübarizə aparmaq və konqres binasını qorumaq üçün hazır vəziyyətə gəliblər.

Yanvarın altısında Co Baydenin ABŞ prezident seçkilərindəki qələbəsinin yekun təsdiqi üçün konqresin müştərək iclasının keçirildiyi zaman Trampın tərəfdarlarından bir qrupu konqres binasının içərisinə basqın etdi.

Bu basqın zamanı azı beş nəfər öldü, onlarla nəfər də yaralandı.

 

Teqlər