Kabil qadınlarının tələbi
Sen 19, 2021 20:38 Asia/Baku
-
Kabil qadınlarının tələbi
Əfqanıstanın paytaxtı Kabildə bir qrup qadın, qadınların məsələləri nazirliyinin Əmr be Məruf və Nəhy əz Munkər nazirliyinə çevrilməsinə və qız məktəblilərin dərsə getməkdən məhrum olmalarına etiraz olaraq, aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Azadlıq və bərabərlik barədə şüarlar verən bu şəxslər müvəqqəti hökumətdən istəyiblər ki, qızların da dərsə getmək üzrə təbii haqlarından məhrum olmamalarına icazə versin.
Taliblərin müvəqqəti hökuməti ötən cümə günü bir məlumatda bütün kişi və oğlan müəllimlərdən istədi ki, ötən şənbədən dərslərə gəlsinlər. Taliban qız şagirdlərin dərslərdə iştirak etmələri barədə isə susubdur.