Kabildə "kişi" vəzifələrində çalışan qadınların evdə qalmasına əmər verildi
https://azeri.sahartv.ir/news/dünya-i381275-kabildə_kişi_vəzifələrində_çalışan_qadınların_evdə_qalmasına_əmər_verildi
Əfqanıstanda kişilərin doldura biləcəyi vəzifələrdə Kabil şəhər sistemində çalışan qadınların evdə qalmalı və işə getməməli olduqları açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2021 07:06 Asia/Baku
  • Kabildə

Əfqanıstanda kişilərin doldura biləcəyi vəzifələrdə Kabil şəhər sistemində çalışan qadınların evdə qalmalı və işə getməməli olduqları açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə şəhərinin meri vəzifəsini icra edən Möləvi Həmdullah Nomani bildirib.

Talibançı mer deyib ki, şəhər iqtisadiyyatında 2,9 min insan çalışır. Bunlardan 27%-i rayon rəhbərliyi daxil olmaqla, inşaat və mühəndislik sahələrində çalışan qadınlardır.

Taliban tərəfində təyin edilmiş bələdiyyə sədri sonra deyib: İş yerində kişilərlə əvəz edilə bilməyən və ya işi kişiyə aid olmayan qadınların xidmətə qayıtmasına icazə verdik. Hər gün işə gedirlər. Məsələn, söhbət qadınlar üçün olan şəhər tualetlərində işləyən qadınlardan gedir - kişilərin icazə verilmədiyi yerlərdə.

Bundan əlavə, onun sözlərinə görə, rayonda və mərkəzi aparatda kişilərlə əvəz olunmayan qadın işçilər var: elektrik və tikinti sahəsində çalışırlar.