Sen 23, 2021 14:12 Asia/Baku
  • Co Bayden
    Co Bayden

Mötəbər bir amerikan müəssisənin yeni rəy sorğusu ABŞ prezidenti Co Baydenin bu ölkənin vətəndaşları arasındakı reytinqinin tənəzzül etməsindən söz açır.

SəhərAzəri-nin məlumatına əsasən, Gellap İnstitutunun çərşənbə günü yayılan yeni rəy sorğusuna əsasən, səkkiz ay prezidentlikdən sonra ABŞ prezidenti Co Baydenin reytinqi qırx üç faizə enibdir ki, bu da indiyədək ən aşağı göstərici sayılır.

Gellap-ın rəy sorğusu sentyabrın birindən on yeddisinədək keçirilib və ilk dəfədir ki, əksəriyyət Baydenin fəaliyyət tərzindən narazı/ və Amerika vətəndaşlarının əlli üç faizi onunla bağlı neqativ fikrə malik olubdur.

Müstəqil respondentlər Bayden üçün minimum etibar qeydə aldırıblar və təkcə otuz yeddi faizin onunla bağlı fikri münasib olubdur ki, bu da onun, prezidentliyin ilk ayındakı altmış bir faizlik maksimum göstəricidən nəzərəçarpacaq dərəcədə tənəzzülü göstərir.

Bu rəy sorğusu ilə bağlı qeyd etmək lazımdır ki, Bayden amerikanlarla əfqanların Əfqanıstandan boşaldılmaları ilə bağlı rəftar tərzinə görə, xüsusən İŞİD-in on üç amerikalı hərbçinin və azı 169 əfqan mülkinin ölümü ilə nəticələnən Kabil hava limanındakı kamikadze partlayışından sonra bu ölkədəki iki partiya tərəfindən tənqid olunubdur.

 

Teqlər