Koronavirus epidemiyası gözlənilən ömür müddətini qısaldıb
Alimlər koronavirusun dünyaya təsiri haqda bildiriblər ki, koronavirus pandemiyası və erkən ölümlər səbəbindən dünya xalqları arasında gözlənilən ömür müddəti azalıb.
SəhərAzəri-nin məlumatına əsasən, Oxford Universitetinin alimləri tərəfindən 22 Avropa ölkəsində, ABŞ və Çilidə aparılan və altı aydan çox davam edən bir araşdırmanın nəticələri göstəriri ki, bu ölkələrdə koronavirusun yayılmasından sonra gözlənilən ömür uzunluğu kəskin şəkildə azalıb.
Oxford Universitetinin məlumatında deyilir ki, son iki ildə Covid-19 infeksiyasından ən çox ölüm halları qeydə alınan ölkələrdə gözlənilən ömür uzunluğu daha çox azalıb. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına əsasən, indiyə kimi dünyada 5 milyondan çox insan koronavirusundan həyatını itirib.
Koronavirus mövzusunda çoxsaylı məqalələrin müəllifi olan amerikalı tədqiqatçı Ridi Kaşyab bu haqda deyib: "Rəqəmlər və statistikalar göstərir ki, koronavirus pandemiyası dünyada güclü dağıdıcı bir şok kimi əməl edib və insanların həyatına birbaşa təsir göstərib".
Araşdırmaya əsasən, əksər ölkələrdə kişilərin ömürü qadınlara nisbətən daha çox azalıb və bu arada koronavirus pandemiyasından bəri amerikalı kişilərin ömür iki ildən çox azalıb.