İngiltərə ordusu hazır vəziyyətə gətirilib
https://azeri.sahartv.ir/news/dünya-i381558-İngiltərə_ordusu_hazır_vəziyyətə_gətirilib
İngiltərə ordusu bu ölkdəki yanacaq və benzin böhranı ilə bağlı ehtimal olunan hər hansı çaxnaşma ilə mübarizə üçün hazır vəziyyətə gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2021 12:02 Asia/Baku
  • benzin böhranı
    benzin böhranı

İngiltərə ordusu bu ölkdəki yanacaq və benzin böhranı ilə bağlı ehtimal olunan hər hansı çaxnaşma ilə mübarizə üçün hazır vəziyyətə gətirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Yanacaqdoldurma məntəqələrinin boşalmasının və çox sayda avtomobilin yanacaq ehtiyatı üçün yanacaqdoldurma məntəqələrinə hücumundan sonra İngiltərə hökuməti bu gün ordudan hazır vəziyyətə gəlməsini istəyib.

İngiltərə ordusunun tankerlərinin sürücüləri də bu gün yanacaqdoldurma məntəqələrinə yarıdm üçün xüsusi təlimlər alırlar.

Şənbə günü yanacaq çatışmazlığı səbəbindən yanacaqdoldurma məntəqələrindən bəzilərinin bağlanmasından sonra başlanan İngiltərədəki yanacaqdoldurma məntəqələri qarşısındakı uzun sıralar davam etməkdədir.