La-Palma vulkanının fəaliyyəti davam edir
İspaniyanın Kanar adalarında yerləşən La-Palma bögəsindəki vulkan bir neçə saatlıq dayanmadan sonra yenidən püskürüb və ondan zəhərli qazlar, vulkan tüstüsü və lavaların çıxması bərpa olunubdur.
SəhərAzəri-nin məlumatına əsasən, La-Palma bölgəsi üzrə telekanalın müxbiri İmen Elzebir bildirib ki, vulkandan püskürən lavalar dənizə doğru hərəkət etməkdədir.
O, qeyd edib ki, son saatlar ərzində La-Palma bölgəsində çox sayda yeraltı təkan baş verib. Bu yeraltı təkanlar yerin on kilometr dərinliyində baş verib və ada əhalisinin nigarançılığına bais olub.
Ötən həftənin bazar günü «Kumbre Vixa» vulkan dağı püskürdü və hazırda yeni püskürmə mərhələsinəd daxil olubdur.
Adanın beş min 500 nəfər sakini təhlükəsiz məkanlara köçürülübdür. Belə bir halda, bu şəxslərin bir çoxu özünün evi və bütün yaşayış vəsaitini itiribdir.