Sen 29, 2021 23:50 Asia/Baku
  • İngiltərədə yanacaq böhranı; Daxili tənqidlər və xarici kinayələr kəskinləşib

İngiltərədə daha onlarla yanacaqdoldurma məntəqəsi yanacaq çatışmazlığı səbəbindən bağlandı və hazırda yanacaq böhranı bütün ölkəni bürüyüb.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniya və ya İngiltərə 2020-ci il dekabrın 31-də "Brexit" çərçivəsində Avropa İttifaqından ayrıldı və bu ittifaqdakı 47 illik üzvlüyünə son qoydu.

Sonsuz vədlərlə, xüsusilə də İngiltərənin Avropa İttifaqından ayrılmanın ciddi tərəfdarlarından olan Boris Consonun dilindən: " Hazırda tariximizdə yeni bir mərhələ cilvələnir ki, inkişaf və dəyişiklik üçün bir fürsərdir".

Ancaq bəziləri deyirlər ki, Avropa Birliyindən ayrıldıqdan sonra, verilən o qədər vədlərdən onlara yalnız çatışmazlıqlar, yüksək qiymətlər və müxtəlif böhranlar nəsib olub. 

Onlar "Brexit"in yaxşı plan olmadığını və onun fəsadlarının bir-birinin ardınca aydın olduğunu deyirlər. Onların fikrincə Brexit İngiltərəni zəiflədib və yoxsulluğu xeyli artırıb. 

Yanacaq böhranı İngiltərənin üzləşdiyi son böhrandır. Təkcə son bir həftədə, enerjinin qiymətinin artması, tanker sürücüsünün çatışmazlığı, hökumətin qərarsızlığı kimi xarakterizə olunan problemlər səbəbindən 9 enerji şirkəti iflasa uğrayıb. Yanacaqdoldurma məntəqələrinin çoxu boşdur və yanacaq gözləyən avtomobillərin növbələri kilometrlələdir. 

Bəzi ekspertlərin fikrincə İngiltərə Avropa Birliyindən ayrıldıqdan sonra zəifləyib və təcrid olunub və özünü bir sıra böhranlarala üzləşməyə hazırlamalıdır, hansı ki, yanacaq böhranını onların təkcə biridir. 

Teqlər