Okt 01, 2021 11:19 Asia/Baku
  • intihar
    intihar

ABŞ müdafiə nazirliyinin illik hesabatı göstərir ki, 2015-2020-ci illər arasında bu ölkə hərbçiləri arasında intihar göstəricisi qırx bir faizdən çox artıb.

SəhərAzəri-nin məlumatına əsasən, Cümə axşamı günü yayılan illik hesabata görə, 2020-ci ildə amerikalı hərbçilər arasında intihar göstəricisi doqquz tam onda bir faizlik artıma malik olub. 2018- 2020-ci illər arasında isə intihar halı on beş tam onda üç faiz artıbdır.

ABŞ ordusunun ehtiyat qüvvələri arasında intihar göstəricisi 2020-ci ildə on doqquz tam onda iki faizlik artımla üzləşib, lakin bu proses 2018-ci ildən enməyə doğru gedib. Milli qvardiya üzvləri arasında da 2020-ci il otuz bir tam onda yeddi faizlik intihar artımı ilə müşayiət olunub.

Amerika müdafiə naziri Lloyd Ostin müxtəsər bəyanatda bildirib ki; «bu məlumatın detalları nigaranedicidir. Amerika hərbçiləri və onların ailələri arasında intihar göstəricisi hələ çox yüksəkdir.

Bir neçə gün bundan qabaq ABŞ ordusunun Nyu-Yorkdakı «Fort Dram» bazasında yerləşən dağlıq döyüş qoşunlarının onuncu diviziyası 48 saat ərzində bu ölkənin üç hərbçisinin intihardan irəli gələn şübhəli ölümündən xəbər vermişdi.

«Military Times» portalının məlumatına görə, bu hərbçilərdən biri, Əfqanıstandan çıxan sonuncu amerikalı qüvvələrdən olub.

Texas ştatından olan ABŞ ordusunun «Siqnal» himayə sisteminin mütəxəssisi, 21 yaşlı Teylor Tomas sentyabrın on altısında vəfat etdi. Sonrakı gün komandanlıq qərargahında daha iki hərbçi- 24 yaşlı Ancel Qrin və 26 yaşlı Sika Tapolol da vəfat etdilər.

 

Teqlər