Qaşıqçının öldürülməsinin ildönümü münasibətilə Konqres binası qarşısında aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i381690-qaşıqçının_öldürülməsinin_ildönümü_münasibətilə_konqres_binası_qarşısında_aksiya_keçirilib
Səudiyyəli jurnalist Camal Qaşıqçının dostlarından və hüquq təşkilatlarından bir qrupu ABŞ-ın Konqres binası və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi qarşısında toplaşaraq, aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2021 16:24 Asia/Baku
  • Qaşıqçının öldürülməsinin ildönümü münasibətilə Konqres binası qarşısında aksiya keçirilib

Səudiyyəli jurnalist Camal Qaşıqçının dostlarından və hüquq təşkilatlarından bir qrupu ABŞ-ın Konqres binası və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi qarşısında toplaşaraq, aksiya keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, bu aksiya Qaşıqçının öldürülməsinin üçüncü ildönümü münasibətilə keçirilib və Qaşıqçının nişanlısı Xədicə Çəngiz də bu aksiyada iştirak edib.

O, ABŞ prezidenti Co Baydeni Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlində iştirak edənləri cəzalandıracağı bağlı vədini yerinə yetirməyə çağırıb.