Rusiyada 8 terrorçu saxlanılıb
Okt 04, 2021 22:34 Asia/Baku
Rusiya Federal Təhlükəsizlik Xidməti, paytaxt Moskva və ətrafındakı bölgələrdə "Hizb Ət-Təhrir" terror qruplaşmasının darmadağın edildiyini və 8 üzvünün, o cümlədən iki liderinin həbs edildiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti FSB bir bəyanatda bildirib ki, "Hizb Ət-Təhrir" terror qruplaşmasının 8 üzvündən ekstremist məzmunları ehtiva edən bir sıra nəşrlər əldə edilib.
Bəyanatda 8 terrorçunu 10 ildən 20 ilə qədər həbs cəzası gözlədiyi açıqlanıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) verdiyi bəyanatda, Hizb-Ət-Təhrir terror qruplaşmasının qanunsuz fəaliyyətdə və yeni üzvlər cəlb etməyə cəhddə ittiham olunduğunu bildirib.