Okt 04, 2021 22:40 Asia/Baku
  • ABŞ və İngiltərənin casus təyyarələri Kalininqrad səmasında

İngiltərə mətbuatı, Rusiyanın raket qalası olaraq tanınan "Kalininqrad" bölgəsi ətrafında Amerika və İngiltərənin casus təyyarələrinin missiyası haqqında məlumat yayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, "Defense Journal" portalı İngiltərənin Müdafiə Nazirliyinə istinadən bildirib ki, son günlər İngiltərə və ABŞ-ın "RC-135" tipli kəşfiyyat təyyarələri bu bölgə ətrafında uçuşlar həyata keçirərək, məlumat toplamağa çalışıblar. 

"RC-135" təyyarələri, elektron nəzarət üçün xüsusi bir təyyarədir ki, istənilən hava şəraitində strateji və taktiki missiyalarda istifadə edilə bilər və onun sensorları, rabitə cihazları, radar və digər sistemlərdən gələn elektron siqnalları udmaq üçün nəzərdə tutulub.

Kalininqradda Rusiyanın müxtlif raket sistemlərinin , o cümlədən S-400 zenit-raket kompleksi və İskəndər raket sisteminin yerləşdirilməsi Şimali Atlantik Alyansı NATO-nun narahatlığına səbəb olub. 

Teqlər