Okt 08, 2021 16:37 Asia/Baku
  • Bayden
    Bayden

ABŞ prezidenti Miçiqan ştatına səfərdə bu ölkənin sabiq prezidenti Donald Trampın tərəfdarlarından yüzlərlə nəfər tərəfindən küyə basılıb

SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden hazırda konqresdə dalana dirənmiş infrastrukturlar barədəki öz ikipartiyalı layihəsi ilə bağlı dialoq məqsədilə Miçiqana səfər edib.

Əllərində Trampa dəstək plakatları tutmuş Donald Trampın tərəfdarlarından yüzlərlə nəfər kiçik Hovell rayonunun küçələrində aksiya keçirib. Onlar Baydeni daşıyan karvan bu bölgədən keçərkən onu küyə basıblar.

Bayden Miçiqandakı çıxışında deyib ki, digər ölkələr bir çox sahələrdə Amerikanı ötüb keçməkdədirlər. Hərçənd Amerika dünyada ən iri iqtisadiyyatdır, amma bir ölkə kimi öz mövqeyini itirməkdədir.

 

Teqlər