Tatarıstanda təyyarə qəzayə uğrayıb
https://azeri.sahartv.ir/news/dünya-i381943-tatarıstanda_təyyarə_qəzayə_uğrayıb
Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2021 08:27 Asia/Baku
  • Tatarıstanda təyyarə qəzayə uğrayıb

Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb.

Riya Novostinin FHN regional idarəsinə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 20 paraşütçü və iki ekipaj üzvü olub.

KİV-lərin məlumatına görə hadisə nəticəsində ilkin məlumatlara əsasən 19 nəfər həlak olub, üç nəfər sağ qalıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

 L-410 regional xətlərdə uçuş üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir.

Xatırladaq ki, cari ilin sentyabr ayında İrkutsk vilayıtində analoji təyyarə sərt eniş edib. Həmin təyyarənin göyərtəsində olan 16 nəfərin dördü həlak olub, 12 nəfər isə xəsarət alıb.