Okt 11, 2021 16:55 Asia/Baku
  • Stanislav Pritçin
    Stanislav Pritçin

Rusiyanın Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz üzrə Araşdırmaları Mərkəzinin tədqiqatçısı, İran və Rusiya arasında imzalanacaq strateji müqavilənin son dərəcə əhəmiyyətli olduğuna inanır.

SəhərAzəri-nin məlumatına əsasən, Stanislav Pritçin bazar ertəsi günü İRNA-ya verdiyi müsahibədə deyib: "İran ilə Rusiya arasında imzalanacaq strateji müqavilə son dərəcə əhəmiyyətlidir və onda iki ölkənin maraqları müxtəlif sahələrdə və səviyyələrdə əməkdaşlıqla müəyyən edilir".

Pritçin əlavə edib: "İran və Rusiyanın diplomatiya aparatlarının rəhbərləri ikitərəfli, regional və beynəlxalq əlaqələrin vəziyyətini və şərtlərini nəzərə alaraq, iki ölkə arasında bu strateji sənədin imzalanmasının mümkünlüyünü araşdırıb və müzakirə ediblər".

Rusiyalı analitik hesab edir ki, Avrasiyanın iki ən böyük iqtisadiyyatı olan İran və Rusiya iqtisadi əməkdaşlıq üçün böyük potensiala malikdirlər, lakin müxtəlif amillərə görə onun reallaşması mümkün olmayıb.

Pritçin, həmçinin Xəzər dənizi, Orta Asiya və Qafqazın təhlükəsizliyi və sabitliyi üçün Moskva-Tehran əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan keçən həftə Moskvaya səfəri zamanı, İran və Rusiya arasında əməkdaşlığa dair strateji sənədin tezliklə hazırlanacağını açıqlayıb.

Teqlər