Okt 12, 2021 12:21 Asia/Baku
  • Şimali Koreya prezidenti
    Şimali Koreya prezidenti

Şimali Koreya prezidenti Amerikanı Koreya yarımadasındakı bütün gərginliklərin kökü adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Kim Çen In bir silah sərgisinin açılış mərasimində belə söyləyib: Amerikalıların müzakirə üzrə ardıcıl xahişlərinə baxmayaraq, hələ onların düşmən olmadıqlarına inanmaq üçün heç bir dəlil yoxdur.

Cənubi Koreyanın davranışlarını tənqid edən Şimali Koreyanın rəhbəri Seulu ikiüzlülükdə ittiham edib.

Amerika və BMT Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreyanın 2006-cı ildə keçirdiyi ilk atom sınağından bəri Pxenyana qarşı bir neçə mərhələdə sanksiya tətbiq ediblər.

Şimali Koreya bu sanksiyalara rəğmən, amerikalı qüvvələrin regiondakı iştirakı hədəsi ilə mübarizə aparmaq üçün öz hərbi gücünü artırmağa təkid edir.

Şimali Koreya bildirir ki, ABŞ-ın Pxenyandakı hakim quruluşu devirmək üzrə ədavətli siyasətinə son qoymayanadək öz raket və nüvə proqramından geri çəkilməyəcək.

Kim Çen In 2018-ci ildə Amerikada hakimiyyətdə olan prezidentlə görüşən ilk Şimali Koreya rəhbəri oldu. Amma iki ölkə arasındakı müzakirələr Kim Çen In ilə Donald Tramp arasında 2019-cu ildə keçirilən ikinci görüşdən sonra dayandırıldı.

 

Teqlər