Okt 17, 2021 13:03 Asia/Baku
  • Yəməndəki aclığa son qoyulmasına çağırış
    Yəməndəki aclığa son qoyulmasına çağırış

BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı Yəməndəki aclığa son qoyulması üçün dünya ictimaiyyətinin təcili tədbir görməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu proqram tvitterdə vurğulayıb ki, qida yardımına ehtiyacı olan yəmənli ailələrə dəstəyə sadiqdir.

Ümumdünya Ərzaq Proqramı bundan öncə bildirmişdi ki, Yəmən dünyada ən kəskin qida böhranı ilə üzləşir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits də son zamanlar bu ölkədəki insani durumu faciəli adlandırıb. Bildirib ki, beş milyon yəmənli qıtlıq təhlükəsi astanasındadır.

Yəmən son altı ildə təcavüzkar səud koalisiyası tərəfindən hərtərəfli mühasirəyə görə, kəskin tibbi ləvazimat, ərzaq və yanacaq maddələri çatışmalığı üzləşib.

 

Teqlər