Okt 20, 2021 13:12 Asia/Baku
  • İngiltərədə yanacaq böhranı
    İngiltərədə yanacaq böhranı

İngiltərədə yanacaq çatışmazlığı və Avropada geniş enerji böhranı Londonun atom elektrik enerjisi istehsalını öz iş gündəminə gətirməsinə bais olub.

SəhərAzəri-nin məlumatına əsasən, London enerji təhlükəsizliyini artırmaq məqsədilə böyük bir atom elektrik enerjisi istehsalı və minlərlə iş yerinin yaradılması layihəsini qəbul və icra etmək niyyətindədir.

Layihə əslində, bundan qabaq, 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan “Hinckley” elektrik stansiyasının üçüncü bloku ilə yanaşı davam edəcək “Sizewell” atom elektrik stansiyasının üçüncü blokudur.

Bu arada, ölkəsindəki yanacaq çatışmazlığına toxunan İngiltərənin baş naziri Boris Conson 2035-ci ilə qədər bu ölkədə təmiz elektrik enerjisi istehsalının vacibliyini vurğulayıb.

 

Teqlər