ABŞ atom sualtı qayıq hadisəsini ört-basdır edir
-
atom sualtı qayıq
Çin müdafiə nazirliyi Hind Okeanı-Sakit Okean bölgəsində Amerikanın atom sualtı qayığı üçün hadisənin baş verməsi barədə məsələni gizlətdiyinə görə, bu ölkəni kəskin şəkildə tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Çin müdafiə nazirliyinin sözçüsü Tan Kefi belə deyib: Əgər Amerika məsuliyyətli hərəkət etmək istəyirsə, bu hadisəyə aydınlıq gətirməyə borcludur.
Çin müdafiə nazirliyinin sözçüsü sözünə belə davam edib: Amerika tərəfindən belə hərəkətlərin edilməsi regionun və dənizçilyin təhlükəsizliyinin hədələnməsinə bais olub və onlar regional çəkişmələri qıızşdırıblar.
Tan Kefi Amerikadan istəyibdir ki, Çin sərhədləri yaxınlığındakı axtarış patrullarını dayandırsın və tez bir zamanda qeyd olunan hadisə barədə izahat versin.
Keçən həftə ABŞ ordusunun Sakit Okean donanması bir bəyanatda bildirdi ki, bu ölkənin sürətli atom sualtı qayıqlarından biri Hind Okeanı-Sakit Okean bölgəsindəki beynəlxalq sularda hərəkət edərkən naməlum bir əşya ilə toqquşub.
Amerika ordusu bildirib ki, bu hadisə on bir dənizçinin yaralanması ilə nəticələnib. Qeyd edib ki, «USS Konnektikut»(USS Connecticut) sualtı qayığı sabit vəziyyətdə qalıb və onun atom mühərriki zərər çəkməyibdir.