Okt 21, 2021 15:58 Asia/Baku
  • Bayden
    Bayden

ABŞ prezidenti Çin tərəfindən hipersonik raketlərin sınaqdan keçirilməsindən nigarançılıq ifadə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden Çin tərəfindən bir hipersonik nüvə raketinin sınaqdan keçirilməsi haqda məlumatların yayılmasından bir neçə gün sonra deyib ki, Vaşinqton Çinin bu tipli raketlərindən nigarandır.

Bayden Pensilvaniyaya səfəri zamanı müxbirlərin Çinin hipersonik raketlərindən nigaran olmasına dair sualına pozitiv cavab verib.

Hipersonik raketlər atmosferin yuxarı qatında səs sürətindən beş dəfə çox və ya təqribən saatda 6 min 200 kilometr sürətlə hərəkət edirlər.

«Financial Times» qəzeti həftənin əvvəllərində xəbər vermişdi ki, Çin avqust ayında yerin atmosferi vasitəsilə hərəkət edən və bir hədəfin üzərinə düşməzdən öncə yer kürəsinin ətrafını fırlanan bir silah sınaqdan keçirib.

 

Teqlər