Rusiyanın yəhudi qatil biznesmeni qaytarması çətinləşib
Monteneqronun Rusiyada qətllərdə ittiham olunan biznesmen Telman İsmayılova siyasi sığınacaq verməsi Rusiyada onun qaytarılması üçün yeni tədbirlərə səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun Monteneqro tərəfindən Rusiyaya təhvil verilməsi ilə əlaqədar açılan cinayət işində əlavə tədbirlər görməyi tapşırıb.Bu barədə İstintaq Komitəsinin saytında məlumat verilib.
İsmayılova sığınacaq verilməsi ilə bağlı qərarı cümə günü Monteneqronun Daxili İşlər Nazirliyi qəbul edib, və onun istintaq təcridxanasından azad edilməsinə qərar verilib.
Rusiya Federasiyası İstintaq Komitəsinin saytında verilən məlumata görə, yəhudi cinayətkar biznesmen Telman İsmayılova siyasi sığınacaq verilməsi ilə əlaqədar onun ədalət mühakiməsinin həyata keçirilməsi üçün Rusiya Federasiyasına ekstradisiyası mümkün deyil.
Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan Azərbaycan əsilli yəhudi iş adamı Telman İsmayılov bir müddət əvvəl Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.
Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.
Telman İsmayılovun vəkili isə yerli “Vijesti” nəşrinə bildirib ki, məşhur azərbaycanlı biznesmen artıq Monteneqroda siyasi sığınacaq alıb.
Nəşrin yazdığına görə, T.İsmayılov artıq istintaq təcridxanasından buraxılıb.