Okt 29, 2021 19:50 Asia/Baku
  • Korona vaksini
    Korona vaksini

Oksfam, Beynəlxalq Amnistiya Təşkilatı və Beynəlxalq Təcili Yardım Təşkilatı 20-lər qrupunun başçılarından istəyiblər ki, koronaya qarşı vaksinin paylanmasındakı beynəlxalq bərabərsizliyə son qoysunlar.

SəhərAzəri-nin məlumatına əsasən,  Bu beynəlxalq orqanların fəallarından bir qrupu da 20-lər qrupunun sammiti ərəfəsində bu gün maska və ağ paltarla Romada koronaya qarşı vaksinin, həmçinin digər dərman və müalicə aparatlarının paylanmasındakı beynəlxalq bərabərsizliyə qarşı etiraz aksiyası keçirib.

Çiyinlərində, üzərində «Beş milyon ölü» yazılmış tabutu daşıyan etirazçılar əskinasları havaya tullayırmışlar.

 

Teqlər