Okt 31, 2021 13:32 Asia/Baku
  • 20-lər qrupunun sammiti başlanıb
    20-lər qrupunun sammiti başlanıb

Romada 20-lər qrupunun sammitinin açılışında ölkələrin başçıları və rəsmiləri xatirə şəkli çəkdiriblər və ABŞ prezidenti bu fotonun ən kənar nöqtəsində qərar tapıb.

SəhərAzəri-nin məlumatına əsasən, 20-lər qrupunun ikigünlük sammiti İtaliyanın Roma şəhərində işə başlayıb.

Xatirə şəklinin çəkdirilməsi mərasimində bu qrupa üzv ölkələrin başçılarının durduqları məkan elə olubdur ki, Amerika prezidenti Co Bayden fotonun mümkün olan ən kənar nöqtəsində qərar tapıbdır.

Dünyanın 20 ən üstün iqtisadi gücünün liderləri İtaliyanın paytaxtı Roma şəhərində bir araya gəliblər ki, digər beynəlxalq olayların kənarında iki mühüm böhran kimi, iqlim dəyişiklikləri və korona pandemiyası barədə çarə fikirləşib, fikir mübadiləsi aparmış olsunlar.

Ekspertlər bu qənaətdədirlər ki, 20-lər qrupunun sammiti və bazar ertəsi günündən etibarən, İngiltərənin Qlazqo şəhərində keçirilməli olan beynəlxalq iqlim konfransının nəticəsi dünya böhranlarının azalmasında təyinedici rol oynaya bilər.

Romada 20-lər qrupunun sammitinin keçirilməsilə bir zamanda italiyalılar aksiya keçiriblər.

Aksiyaçılardan biri belə deyib: Biz 20-lər qrupu liderlərinin ölkəmizdəki iştirakına qarşıyıq. Bu ölkələr dünyada istixana qazlarının səksən faizindən çoxunun istehsalında məsuliyyət daşıyırlar.

Belə bir halda, ətraf mühit fəallarından onlarla nəfər Romanın cənubunda, bu sammitin keçirildiyi məkana çıxan küçənin döşəməsində piket keçirməklə iqlim şəraiti barədə təcili tədbirlərin görülməsini tələb edib.

Nümayişdə bir qrup aksiyaçı öz şüarında Fələstin xalqına dəstək verib, fələstinlilərin acınacaqlı vəziyyəti qarşısında Qərbin laqeydliyi və sükutunun davam etməsini pisləyibdir.

 

Teqlər