Bayden Trampın hərəkətinə görə üzr istəyib
https://azeri.sahartv.ir/news/dünya-i382733-bayden_trampın_hərəkətinə_görə_üzr_istəyib
ABŞ prezidenti dünən BMT-nin, İngiltərənin Qlazqo şəhərində keçirilən iqlim konfransının kənarında Tramp hökumətinin Paris sazişindən çıxmasına görə, dünya ölkələrinin başçılarından üzr istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2021 08:51 Asia/Baku
  • Bayden
    Bayden

ABŞ prezidenti dünən BMT-nin, İngiltərənin Qlazqo şəhərində keçirilən iqlim konfransının kənarında Tramp hökumətinin Paris sazişindən çıxmasına görə, dünya ölkələrinin başçılarından üzr istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden iddia edib ki, iqlim dəyişikliklərilə mübarizə onun hökumətində güclənəcəkdir.

Tramp 2017-ci ildə Amerikanın Paris sazişindən çıxdığını elan etdi. Bu qərar rəsmi surətdə 2020-ci ilin dörd noyabrından qüvvəyə mindi.

Trampın bu hərəkəti o zaman beynəlxalq ictimaiyyətin geniş tənqidi ilə üzləşdi.

Dünya ölkələrinin başçıları ətraf mühit fəalları və ekspertlərinin kənarında dünən səhərdən İngiltərənin Qlazqo şəhərində bir araya gəliblər. Onlar 26-cı Qlazqo iqlim konfransı çərçivəsində ölkələrin havanın temperaturunun azalması barədə üzərlərinə öhdəlik götürdükləri Paris sazişinin həyatının davamı ətrafında fikir mübadiləsi aparacaqlar.

BMT-nin baş katibi Antonio Quterreş Qlazqo konfransının açılışında dünyanın iqlim fəlakəti istiqamətində hərəkət etdiyini bildirib. Xəbərdarlıq edib ki, bu iclasın uğursuz qalması seçim deyil, bəşəriyyətin ölümünə veriləcək hökm olacaqdır.