Noy 07, 2021 19:30 Asia/Baku
  • terror partlayışı
    terror partlayışı

Əfqanıstanın Nəngərhar vilayətində baş verən iki terror partlayışı nəticəsində üç əfqan mülki həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, Partlayışlar bu gün səhər Nəngərhar vilayətinin mərkəzi olan Cəlalabad şəhərinin ikinci təhlükəsizlik dairəsində baş verib.

Partlayışlar yol kənarında yerləşdirilmiş bombadan irəli gəlib və yoldan keçən üç mülki həyatını itiribdir.

İndiyə kimi bir şəxs və ya qrup bu partlayışların məsuliyyətini üzərinə götürməyibdir.

Taliban qrupunun hakimiyyətə gəlməsilə Nəngərhar, Konər, Xost, Kabil, Qunduz və Qəndəhar vilayətlərində bir neçə terror hücum və partlayışı baş verib. Bu hücumların əksər hissəsinin məsuliyyətini İŞİD terror qrupu üzərinə götürüb.

 

Teqlər