Çinli astronavtlar kosmos gəzintisi etdilər
https://azeri.sahartv.ir/news/dünya-i382947-Çinli_astronavtlar_kosmos_gəzintisi_etdilər
Çinli astronavtlar Çinin kosmik stansiyasından kənarda kosmik yürüş həyata keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2021 14:27 Asia/Baku
  • Çinli astronavtlar
    Çinli astronavtlar

Çinli astronavtlar Çinin kosmik stansiyasından kənarda kosmik yürüş həyata keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, "South China Morning Post" qəzeti bu haqda yazıb: "Çinli astronavtlar Çinin "Tianqonq" kosmik stansiyasının xaricində kosmos gəzintisini tamamlayıblar".

Məlumata görə, Vanq Yapinq bu kosmik gəzintini həyata keçiriən ilk çinli qadın astronavtdır. Yapinqdən sonra Çinin kosmik stansiyasının başqa bir sakini də kosmosda gəzintiyə çıxıb.

Dünyanın iqtisadi nəhəngi olaraq, əvvəllər kosmos missiyaları və kəşfiyyatı sahəsində  ABŞ, Rusiya və ya Avropadan geridə qalan Çin hazırda iddialı bir kosmik proqram həyata keçirir. Çin həmin kosmik proqram çərçivəsində Ay və Marsa zond göndərə və özünə məxsus "GPS" (Qlobal Mövqetəyinetmə Sistemi) sistemini işə sala bilibdir.