Noy 10, 2021 14:28 Asia/Baku
  • BMT
    BMT

BMT Baş Assambleyasının Dördüncü Komitəsi İsrail rejiminə qarşı 6 qətnamə qəbul edərək, bu rejimin insan haqlarının sistematik pozulması, Fələstin vətəndaşlarına qarşı güc tətbiqi və qəsəbələrin inşası ilə bağlı hərəkətlərini qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin Fələstin xalqına qarşı təcavüzünün davam etməsi ilə eyni zamanda və ABŞ, Kanada və sionist rejimin nümayəndə heyətlərinin müxalifətinə baxmayaraq, BMT Baş Assambleyasının 4-cü Komitəsi İsrail əleyhinə 6 qətnamə qəbul edərək, bu rejim tərəfindən insan haqlarının sistematik pozulmasını, Fələstin vətəndaşlarına, xüsusilə də dinc əhalinin öldürülməsi və yaralanması ilə nəticələnən Qəzzə zolağının sakinlərinə qarşı güc tətbiqini, eləcə də Şərqi Qüds və Colan da daxil olmaqla işğal olunmuş ərazilərdə qəsəbələrin inşasını qınayıb.

Qətnamələrdə, həmçinin Qəzzənin quru, hava və dənizdən mühasirəyə alınması, işğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin salınması, işğal olunmuş ərazilərdə sionist qəsəbə sakinlərinin Fələstin vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətləri, habelə fələstinlilərin evlərinin dağıdılması və özbaşına həbs edilməsi pislənilir və didərgin düşmüş fələstinlilərin öz yurdlarına və evlərinə geri qayıtması vurğulanır.

Teqlər